Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda Superb-i yolsuzluq avtomobili etdilər

Skoda şirkəti 2013-cü ilin yazında yenilənmiş “Superb”-in yeni seriyasını təqdim etdi. Modifikasiya  “Outdoor” adını qazandı. Yenilik modelin standart variantından boz plastik kütlədən olan banın qoruyucu asması, həmçinin şəklidəyişmiş qabaq və arxa bamperlərlə fərqlənir.

Qapılardakı moldinqlər və damdakı reylinqlər asmaya uyğun rəngə boyanıb. Yenilənmiş sedan və universal “Skoda Superb “Motor”” 2013-cü ilin iyununda sınaqdan keçirilib. Əvvəllər restaylinqdən əvvəlki versiya uzun müddət sınaqda olub.

“Outdoor” paketi dörd benzin və üç dizel mühərrikləri olan versiyalar üçün təklif olunacaq: 1,4 litrlik 125 a.g. verən aqreqatdan 3,6 litrlik 260 a.g. verən V6 mühərrikinə qədər.

Müştərilər altı- və yeddipilləli DSG “robotları”, həmçinin dördüncü nəsil Haldex muftası olan qabaq və tam ötürücüsü olan avtomobillər almaq imkanı əldə edəcəklər.

Automobilwoche nəşriyyatının verdiyi məlumata görə universal “Superb” üçün “Outdoor” paketinin qiyməti 1695 avro olacaq.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Superb, Superb Outdoor 23.01.2014

Şərhlər


AD