Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Concept XC Coupe – Volvo-dan yolsuzluq avtomobili

“Volvo” şirkəti beynəlxalq Detroyt avtoşousunda “XC Coupe” üçqapılı konseptual yolsuzluq avtomobilini təqdim edəcək. Bu avtomobil “XC90” modelinin gələcək nəslinin müjdəçisi ola bilər.

Avtomobil tamamilə yeni dizayna malikdir və yaxın zamanda seriya modelləri üçün istifadə olunacaq SPA modul platformasında düzəldiləcək. Parlaq müasir üslub yeni texnologiyalar, yüksək komfort və maksimal təhlükəsizlik səviyyəsi ilə tamamlanıb.

“Volvo”-nun baş dizayneri Tomas İngenlatın dediyinə görə, “Volvo Concept XC Coupe” yolsuzluq avtomobili aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulub. Avtomobilin xarici görünüşü və damda yerləşən xizək və ya snoubord üçün boks bunu nümayiş etdirir.

Bundan başqa, dördnəfərlik isveç cipinin yük yerində idman inventarının daşınması üçün dirək var. Avtomobil inkarolunmaz idman üslubuna malikdir. Torşəkilli radiator barmaqlığı, beşguşəli ulduz şəklində olan böyük təkər diskləri, bamperin və astanaların xüsusi forması bunu təsdiq edir.

Bayırdan, həmçinin, işıqdiodlu optika və qazçıxma sisteminin trapesiyaşəkilli boruları görünür.

AUTO.AZ



teqlər:
Volvo, Volvo XC Coupe 22.01.2014

Şərhlər


AD