Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni KIA Sportage kraş-test “yaşadı”

Amerikanın Yol təhlükəsizliyi Sığortası İnstitutu yeni Kia Sportage krossoverinin kraş-testini keçirdi. Nəticədə, avtomobil, sərnişinləri qorumasına görə maksimal qiymətləndirməni aldı.

Fərəhləndirici işarəni alması üçün, avtomobil hərtərəfli “yaxşı” olmalıdı – bütün “fənlərdən” “yaxşı” qiymət almalıdı. İş orasındadır ki, amerikanlar avtomobili tam yoxlamaqdan çəkinmirlər: ənənəvi öndan olan kraş-testlə yanaşı, arxadan və yandan, həmçinin aşma testindən keçməyə (zərbə damın küncündən, mərkəzi dirək tərəfdən olur. Əgər, ban 12 sm-dən az əyilsə, onda avtomobil yüksək qiymət alır) də məruz qalır. Bunlardan başqa, avtomobilin baza versiyasında artıq stablizasiya sistemi də olacaq.

Amerikanların keçirdikləri bütün kraş testlərin nəticəsində, Kia Sportage maksimal qiymətləndirmə balını, Top Safety Pick qiymətləndirməsini aldı. Ancaq, koreyalılar hələ rahatlaşa bilməzlər – hələ avropalılar özlərinin EuroNCAP sınaqlarını keçirməyiblər. Fakt deyil ki, bu sınaqlardan parketçi uğurla keçəcək: avropalılar mövcud olan test qaydalarını sıxışdırandan sonra bir çox beş ulduzlu “əlaçılar” bu sınaqlardan çox aşağı reytinqlə keçiblər.

Mənbə: autoweek.ru

Tərcümə: AUTO.AZ



teqlər:
KIA, KIA Sportage 27.08.2010

Şərhlər


AD