Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rolls-Royce Ghost V-Specification təqdim etdi

Həm adi, həm də uzun təkər bazası olan versiyada təklif olunacaq avtomobil ilk növbədə sürücüyə istiqamətlənib. O xüsusi eksteryer dizaynı, 21 düymlük eksklüziv yüngül lehimli disklər, interyerdə xüsusi saat, poladdan qoymalar, həmçinin oturacaqlar və cihaz panelində yadda qalan “V-Specification” loqotipləri ilə öyünə bilər.

Ən böyük dəyişikliklər kapotun altında gizlənir. Bu 593 a.g. və 780 Nm fırlanma anı verən 6,6 litrlik V12 mühərrikidir. Adi versiyaya nisbətən güc artımı 30 a.g. təşkil etdi (22kVt).

“Ghost V-Specification” 0-dan 96 km/saata 4,7 saniyəyə sürətlənir. Maksimal sürət isə 250 km/saatda elektronika ilə məhdudlaşır.

Yeni “Rolls-Royce Ghost V-Specification” sifariş üçün 2014-cü ilin yanvarından iyununadək əlverişli olacaq.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Ghost 18.01.2014

Şərhlər


AD