Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

MEC Design tüninqində Mercedes-Benz G63 AMG

Çoxdan möhtəşəm avtomobil pərəstişkarlarını yeni layihələrlə sevindirməyən MEC Design alman tüninq atelyesi yeni ildə ilk layihəsini – sadə tamamlanmış yolsuzluq avtomobili “Mercedes-Benz G63 AMG”-ni təqdim etdi.

Premium sinif idman cipini daha böyük təkər diskləri və dekorativ aksesuarlarla təchiz etdilər. Tünerlər zavod modelində 544 a.g. verən 5,5 litrlik tvin-turbo mühərrikinə kiçik, simvolik məhsuldarlıq artımı təklif edə bilərlər.

Yolsuzluq avtomobilinin təkər yarımhalqalarını MEC Design CC5 Wheels-in original dizaynda düzəldilmiş, 24-düymlük təkərlərini bağlayıb. Gümüşü disklər qara ban və qırmızı supportlarla yaxşı uyğunlaşır, aşağ profilli Pirelli (şinlərin əlverişli eni 285 və ya 305 mm-dir) şinləri isə  avtomobilə yol işığı zolağı ilə optimal qısqac yaradır.

MEC Design mütəxəssisləri həmçinin güc qurğusunu daha yaxşı səslənməsi və daha çox güc verməsi üçün zavod buraxılış sistemini modernləşdirə bilərlər. “Mercedes G63 AMG”-nin salonu üçün alman tüninq ustaları qapıları bəzəyən  karbon qoymalar, sükan dairəsi, torpeda və mərkəzi konsol hazırladılar.

AUTO.AZ



Şərhlər


AD