Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley şirkəti xüsusi Mulsanne düzəldəcək

“Bentley” şirkəti keçən əsrin 20-30-cu illərinin britaniya yarışçısı ser Henri “Tim” Birkinin şərəfinə “Mulsanne” flaqman modelinin xüsusi versiyasını buraxacaq. “Le-Manın” ikiqat dünya çempionu Bentley Boys adı ilə tanınmış avtomobil həvəskarları qrupunun təmsilçisidir. Cəmi 22 avtomobil buraxılacaq.

Avtomobillər modelin “drayver” modifikasiyasının - Mulliner Driving Specification, əsasında düzəldiləcək. Bu modifikasiya Drive Dynamics Control sisteminin idman rejiminə malikdir, asılqanın tənzimlənməsinə və sükan idarəetməsinə rəhbərlik edir. Sifarişçilər banın üç eksklüziv rəngindən birini seçə biləcəklər: Ghost White, Fountain Blue və Dark Sapphire. Sedan həmçinin eksklüziv 21-düymlük alüminium təkər diskləri əldə edəcək.

“Mulsanne”-nın salonunda qabaq paneldə və oturacaqların söykənəcəklərində təbii ağacdan əl ilə üzlənmiş qatlanan stollar, həmçinin firma loqotipi “Flying B” və avtomobilin seriya nömrəsi meydana gələcək. Müştərilər həmçinin fərdi nömrələri olan əl ilə işlənmiş sakvoyaj naboru hədiyyə alacaqlar.

Bundan başqa, avtomobillər  qabaq başaltılarda səkkizdüymlük LCD displeyləri, Wi-Fi keçid nöqtəsi, iPad planşet komyuterləri, birləşdirilmiş qatlanan stollar, həmçinin Naim stereosistemi əldə edəcəklər. Modelin texniki içliyi əvvəlki kimi qalacaq. Sedan səkkizpilləli avtomatik sürət qutusu ilə birgə işləyən 505 a.g. verən 6,75 litr həcmli səkkizsilindrli tvin-turbo aqreqatı ilə təchiz olunub.

Ser Henri “Tim” Birkin 1896-cı ildə anadan olub. “Bentley 4 ½ Litre”-nin mexaniki kompressorla təchiz olunmasının təşəbbüskarı məhz o, olub. Kompressorun quraşdırılması sayəsində modelin gücü 130-dan 242 a.g.-dək artdı. Bu da avtomobilin yarışlarda rəqabətliliyini saxlamağa imkan verdi. 1929-cu ildə Birkin “Bentley Speed Six”-de “Le-Manın 24 saatı” marafonunda qalib oldu. İki ildən sonra isə “Alfa Romeo 8C 2300”-də bu uğuru təkrar etməyi bacardı.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Mulsanne 18.01.2014

Şərhlər


AD