Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto Group tüninqində Mercedes G63 AMG

SR Auto Group növbəti xüsusi avtomobilin üzərində işləyərkən ona öz hərbi mənbələrini xatırlatmaq qərarına gəlib. Söhbət Kanada tünerlərinin son layihələrindən biri – fərdiləşdirilmiş yolsuzluq avtomobili “Mercedes-Benz G63 AMG”-dən gedir.

Tünerlər avtomobilin müasir möhtəşəm üslubunu onun hərbi kökləri ilə birləşdirərək Brabus Widestar aerodinamik asması quraşdırdılar və zavod boya örtüyünü tutqun yaşıl vinil qatı ilə gizlətdilər.

“Yüklənmiş” yolsuzluq avtomobili qabaq bamper dodağı, təkər yarımhalqaları genişləndiriciləri, qapı qoymaları, yan astanalar, diffuzor birləşdirilmiş yenidən işlənmiş arxa bamper, damın sonunda spoyler və karbon hava çıxışlı ventilyasiya olunan kapot əldə etdi.

Bununla belə avtomobili çox sayda işıqdiodlu işıqlar və Yokohama Parada Spec-X şinləri “geyinmiş” 22 düymlük qızılı rənglı ADV 7.0 MV2 diskləri ilə təchiz ediblər.

Yaşıl bana təzad olaraq qara aksentlər və tonlaşdırılmış şüşələr istifadə olunur.

AUTO.AZ



Şərhlər


AD