Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet yürüş üçün Corvette Z06 təqdim edib

Yanvarın 18-də Detroytda beynəlxalq avtosalonun açılışı olacaq. Avtomobil dünyasında bu ən möhtəşəm tədbirin ərəfəsində “Chevrolet” yürüş sportkarı “Corvette Z06”-nın sirrini açıb.

Yeniliyin ilk rəsmi şəkillərini göstərməklə və onun texniki xarakteristikaları barədə məlumat verməklə amerikan avtomobil istehsalçısı artıq bu il seriyalı modelin buraxılışına hazırlaşır.

2015-ci ilin “Chevrolet Corvette Z06” modelini 620 a.g. və 880 nyuton metr maksimal fırlanma anı verən mühərrik ilə təchiz edəcəklər.

Kupenin kapotu altında məhz hansı mühərrikin olacağı bilinmir, lakin bəzi məlumatlara görə ya atmosferli 7,0-litrlik V8, ya biturbolaşdırılmış V8, ya da “LT4 V8” mühərriki olacaq.

Avtomobildə karbon elementləri və qara təkər diskləri olan yeni asılqan olacaq.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Corvette 15.01.2014

Şərhlər


AD