Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chrysler yeni sedan 200-ün sirrini açdı

“Chrysler 200” sedanının yeni nəsli bir neçə gündən sonra – Detroytdakı sərgidə debüt etməlidir. Lakin növbəti sızma sayəsində təkcə onun xarici görünüşünü deyil, həmçinin Amerika istehsalçısının gələcək yeniliklərinin hipotetik görünüşünü təsəvvür etmək olar.

İş ondadır ki, şirkətin təmsilçiləri yeni “Chrysler 200”-ü xarici görünüşü yeni firma üslubu ilə hazırlanan ilk avtomobil kimi elan ediblər.

Mövcud fotoşəkillərə əsasən, “Chrysler”-in model sırasını əsaslı dizayner “silkələməsi” gözləyir və ən xarakterik detal yeni radiator barmaqlığı olacaq.

Güc qurğusunun qamması haqqında da bəzi təfərrüatlar məlum oldu. Sedan üçün iki benzin mühərriki haazırlanıb, dörd və altı silindrli.

Onlardan birincisi 2,4 litr həcmdə 184 a.g. sürət verir. İkincisi isə, Pentastar ailəsinin 3,6 litrlik V6-sı 295 a.g. təchiz edir. Maraqlıdır ki, sedan yeni nəsildə ilk dəfə doqquzpilləli avtomatik sürət qutusu və tam ötürücü sistemi əldə edəcək.

Yeni sedanın satışları bu ilin ikinci yarisinda başlanmalıdır.

AUTO.AZ



teqlər:
Chrysler, Chrysler 200 14.01.2014

Şərhlər


AD