Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover Sport — artıq kupe

“Bulgari Design” tüninq-atelyesi yeni layihəsi – “kupe” banında “Range Rover Sport” yolsuzluq avtomobilinin şəkillərini göstərdi.

Yenilik 100 nüsxəlik tirajla buraxılacaq və ilk avtomobillər müştərilərə 2014-cü ilin birinci rübündə çatdırılacaq. Şəkildən göründüyü kimi “Range Rover Sport”-un əsas fərqi – arxa qapıların olmamasından başqa, avtomobil bəzi təkmilləşmələr də əldə edib.

Məsələn, tüninq olunmuş yolsuzluq avtomobili banın fərqli aerodinamik asması və başqa yüngül lehimli disklərlə fərqlənir. Bundan başqa, “Bulgari Design” təmsilçiləri avtomobilin eksteryerinin və interyerinin tərtibatının fərdiləşdirilməsi üçün geniş imkanlar vəd edir.

“Range Rover Sport Coupe”-nin kapotunun altında 510 a.g. verən 5,0 litrlik V8 turbomühərriki yerləşəcək. Bundan başqa, bəzi bazarlarda 288 a.g. verən 3,0 litrlik SDV6 mühərriki ilə təchiz olunmuş dizel modifikasiyası da təqdim olunacaq.

Yeniliyi dünya üzrə xüsusi seçilmiş rəsmi və müstəqil dilerlər vasitəsilə reallaşdırmaq planlaşdırılır. “Bulgari Design”-da avtomobilə hətta üçillik zəmanət də söz verirlər.

Düzdür, eksklüziv avomobilin qiyməti də az olmayacaq – təxminən 180 000 avro.

AUTO.AZ



Şərhlər


AD