Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VW çox qənaətli Passat göstərdi

Təqdimata hazırlaşan “Passat BlueMotion” ilk baxışdan adi görünən TSI ailəsinin mühərriki ilə təchiz olunub. Bu mühərrik (adi DSG sürət qutusu ilə birgə işləyərək) 1,4 litr həcmdə 150 a.g. verir. Lakin mühərrikin və transmissiyanın konstruksiyasında bir sıra dəyişikliklər edilib.

Əsasən, ilk dəfə “Passat”-da silindrlərin yarısının deaktivasiyası sistemi tətbiq edilib (Avropa alıcılarına o Golf və Polo-ya quraşdırılmış mühərriklərlə tanışdır). Elektrik mühərriki ikinci və üçüncü silindrin işi zəruri olmadıqda - əsasən, şəhər tsiklində, yəni mühərrik boş dövr edəndə onları söndürə bilir.

Bundan başqa, yeni konsept hərəkət zamanı mühərriki və sürət qutusunu “ayıra” bilir. Bununla da sürət qutusunun detallarının mexaniki müqavimətinin aradan qaldırılmasına gedən zərəri minimallaşdırır. Ənənəvi “start-stop” sistemi olmadan da keçinmək olmaz.

Nəticədə “Volkswagen Passat BlueMotion” şəhərkənarı tsikldə 100 km-ə 5,6 litr sərf edir. İstehsalçı ABŞ-da bu nəticənin yeniliyə öz sinfində ənənəvi benzin mühərrikləri olan modellər arasında ən qənaətli sedan hesab edilməyə imkan verdiyini iddia edir.

Qeyd etmək lazımdır ki, Rusiya bazarında ən qənaətli “Passat” 122 a.g. verən 1,4 TSI mühərriki və 6-pilləli mexaniki sürət qutusu olan sedan hesab olunur: belə sedan şossedə 100 km-ə 5,1 litr yanacaq sərf edir. Gələcək yenilik Detroytda konsept kimi debüt edir, lakin “VW”-nin yaxın zamanda belə sedanın şimaliamerika satışlarına başlaması istisna edilmir.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Passat 13.01.2014

Şərhlər


AD