Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

İnternetdə Subaru WRX STI-nin şəkilləri peyda olub

Bu gün internetdə idman sedanı “Subaru WRX STI”-nin ilk rəsmi şəkilləri peyda olub. Onun dünya üzrə premyerası yanvarın 13-də Detroytda keçiriləcək beynəlxalq avtomobil sərgisində olacaqdır.

Adi “Subaru WRX”-dən STI lövhəli daha güclü variant vizual və texniki xüsusiyyətləri ilə fərqlənir. Əsas fərq isə güc aqreqatı olacaq. O yüksək məhsuldarlığı və dinamikası ilə seçilir.

Yapon avtomobil istehsalçıları texniki xarakteristika barədə məlumat vermirlər. Lakin ilkin məlumatlara görə sedanın kapotu altında 2,5-litrlik 4-silindrli turbolaşdırılmış mühərrik dayanacaq. Mühərrik 300 a.g. və 400 Nm verəcək.

Şəkildə görünən avtomobil parlaq göy (“World Rally Blue”), onun yüngüllehimli diskləri isə qızılı rəngdədir. STI variantını, həmçinin təcavüzkar formalı aerodinamik ban asılqanı ilə tanımaq olar.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Impreza 10.01.2014

Şərhlər


AD