Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Cayenne 2017-ci ildə işıq üzü görəcək

Məşhur krossover “Porsche Cayenne”-nin yeni nəsli artıq hazırlanır, lakin markanın birinci krossoverinin xarici görünüşünün “Macan” üslubunda olacağı artıq məlumdur. Düzdür, yeniliyi elə də çox oxşatmayacaqlar. Üçüncü nəsil “Cayenne” isə 3 ildən sonra meydana gələcək.

“AutoExpress” portalının məlumatına əsasən yeni nəsil “Cayenne” daha yüngül və texnoloji cəhətdən daha məhsuldar olacaq. Dizaynda da dəyişiklik olacaq. İndiki qabaq optikanın qalacağı, arxa fənərlərin isə daha müasir olacağı məlumdur.

Bundan əlavə, çox güman ki, avtomobilin arxa qapısında fənərləri birləşdirən planka olacaq – bu cür elementdən konsept “Panamera Sport Turismo concept”-də istifadə edilib. Krossoverin yan tərəflərində yeni hava çıxıntıları peyda olacaq. Kapot da dəyişiləcək – o “Porsche Macan”dakı analoji detala bənzəyəcək.

İnteryer, çox güman ki, kiçik dəyişiklərlə indiki görünüşü qoruyub saxlayacaq, lakin bu funksionallığa təsir etməyəcək. Daha nəzərəçarpan dəyişiklik yeni texnologiyalar və opsiyalar siyahısında gözlənilir. Məsələn, avtomobildə Wi-Fi olacaq.

Avtomobilin “dərisi” altında daha böyük dəyişikliklər olacaq. İlk növbədə, yeni nəsil “Cayenne” həm də yeni platforma – “VW Group”-da hazırlanmış “MLB” alacaq. Platformanın debütü bu il peyda olacaq böyük “Audi Q7”-də olacaqdır. Məhz bu platforma lüks krossoverlər “Bentley” və “Lamborghini”-də istifadə ediləcəkdir.

Yeni “Cayenne”-nin mühərrik qammasının bünzin və dizel 6-, 8-silindrdən ibarət olacağı gözlənilir. Hibrid mühərrik isə 4-silindr alacaqdır.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Cayenne 10.01.2014

Şərhlər


AD