Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Peugeot yeni universal 308-i təqdim etdi

Yeni nəsil “Peugeot 308” ailəsi adına SW şəkilçisi qəbul edən yük avtomobilləri ilə genişləndirildi. Universalın ilk təqdimat mərasimi yazda Cenevrə avtosalonu çərçivəsində keçiriləcək.

Yenilik “PSA Peugeot Citroen”-nin “EMP2” adlanan modul platformasında düzəldilib. 2013-cü ilin may ayında təqdim olunan hetçbek 308 yaradılmasında bu şassidən istifadə olunub.

Yük modifikasiyasının qabarit uzunluğu 4,58 metrdir ki, bu da əvəlkindən səkkiz sm, hetçbeklə müqayisədə isə 33 sm çoxdur. “308 SW”-nin yük yerinin həcmi 610 litrdir.

Bu da əvvəlki ilə müqayisədə 64 litr azdır. “Volkswagen Golf Variant”, “Skoda Octavia Combi” və “Kia cee'd SW” yeniliyin rəqibləri olacaq. Bu modellərin yük yerlərinin həcmi müvafiq olaraq 605, 610 və 528 litrdir.

Yeni nəsil “308 SW”-nin yük yerinin ikinci sıra oturacaqları yığıldıqda faydalı hissəsinin həcmi hələlik məlum deyil. Universal “308” nəsil dəyişikliyi zamanı seçım olan üçüncü sıra oturacaqlarından məhrum oldu.

Bu oturacaqlar yalnız keçmiş nəsil üçün təklif olunurdu. “Peugeot”-da hesab edirlər ki, əlavə daha iki yer istəyən müştərilər miniven 5008-ə fikir verməlidirlər. O 2013-cü ilin avqustun 13-də yenilənib.

Fransızlar ikinci nəsil “308 SW”-nin mühərik qamması haqqında məlumat vermədilər. Lakin L’Automobile nəşriyyatı güman edir ki, model faydalı iş əmsalı versiyasındandan asılı olaraq 110-dan 130 a.g.-dək olan 1,2 litrlik üçsilindrli turbolaşdırılmış benzin aqreqatı ilə satılacaq.

Həmçinin sıraya 120-dən 150 a.g.-dək dizel mühərrikləri daxil olur.

AUTO.AZ



teqlər:
Peugeot, Peugeot 308 09.01.2014

Şərhlər


AD