Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda Tokio motorşousunda 6 konsept təqdim edəcək

Bu yaxınlarda keçiriləcək Beynəlxalq Tokio motorşousunda “Mazda” şirkəti seriyalı modellər əsasında bir neçə konsept təqdim edəcək.

Avtomobillər yeni aerodinamik ban asılqanının, xüsusi işləmənin və böyük ölçülü disklərin sayəsində idman görünüşü alıblar. Yapon avtomobil istehsalçısının stendində altı ədəd konsept təqdim ediləcək.

Bu məqalədə isə biz “Mazda6” kimi tanıdığımız sedan “Atenza”-dan və krossover “CX-5”-dən danışacağıq. Orta ölçülü sedanın tam adı “Mazda Atenza Sedan Design”-dır və baza modelindən qırmızı “Soul Red” banına təzad yaradan aerodinamik asılqanın qara detalları ilə fərqlənir.

Asılqana yan bağlayıcıları olan qabaq splitter, yan ətəklər, arxa bamperdə diffuzor və baqaj qapağının kənarında kiçik spoyler daxildir. Bundan əlavə avtomobil qara radiator barmaqlığı, tündləşdirilmiş şüşələr, qara dam və arxa görünüş güzgüləri, səsboğucunun qara borularını və 12-milli təkər diskləri alıb.

Avtomobilin salonunu idman üslubuna uyğun olaraq alkantara ilə işləyiblər. Aşağı salınmış asmadan başqa texniki tərkib seriyalı modeldə olduğu kimi qalıb. Sedanı 2,2-litrlik “SKYACTIV-D” dizel mühərriki hərəkətə gətirir ki, o 6-pilləli mexaniki sürət qutusu ilə birgə 175 a.g. verir.

Kompakt yolsuzluq avtomobili “Mazda CX-5 Design” tutqun qara ban, 10-milli təkər diskləri və diffuzoru olan yenidən işlənmiş arxa bamper sayəsində daha idmansayağı və təcavüzkar görünüş alıb.

Konsept-kar güclü əyləc sistemi olan “Brembo”-a və təkmilləşdirilmiş 2 böyük dairəvi borusu olan qaz buraxma sisteminə malikdir. Avtomobilin eksklüziv üslubunu tündləşdirilmiş arxa şüşələr və ikirəngli interyer işləməsi tamamlayır.

AUTO.AZ



teqlər:
Mazda, Mazda CX-5, Mazda6 04.01.2014

Şərhlər


AD