Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 760Li eksklüziv versiya əldə etdi

Səudiyyə Ərəbistanında “V12 M Bi-Turbo Special Edition” əlavəsi əldə edən sedan “BMW 760Li”-nin eksklüziv versiyası peyda oldu. Ölkədə yalnız bir dilerin satış hüququ olacaq avtomobilin əsas fərqləndirici cəhəti banın parlaq asması oldu. Bununla belə, təmsilçi sedanın M Sport idman paketi və fərdiləşdirilmiş daxili içlik bəzəyi olacaq.

Xüsusi modifikasiyanın texniki içliyi dəyişməz qalacaq. “BMW 760Li V12 M Bi-Turbo Special Edition” banın səkkiz boyama rənginə malikdir. Əvvəllər bu ancaq M Division bölməsindəki “yüklənmiş” versiyalar üçün əlverişli idi. Rəngləmə variantları müxtəlif yarış trasslarının adlarını daşıyır. Onların arasında, Monte-Ksarlo, Silverstoun və İmola da var.

İdman ban asması və 19-20 düymlük disklər flaqman modelinə vizual idman üslubu əlavə edəcək. Tündləşdirilmiş xrom və xüsusi isimliklər eksteryerin tamamlanmasında son ştrixlər olacaq. Salonu narıncı, qırmızı və ya qara tikişlə sırıyıb, dekor üçün BMW Individual paketindən qara laklı ağac qoymalar əlavə edib, nappa Oyster dərisi ilə üz çəkəcəklər. 6,0 litrlik 544 a.g. verən V12 mühərriki avtomobili 0-dan 100 km/saata 4,6 saniyəyə sürətləndirə bilir. Maksimal sürət 250 km/saatdır.

AUTO.AZ



teqlər:
BMW, BMW 7-series 28.12.2013

Şərhlər


AD