Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TopCar-dan Range Rover Sport Lumma CLR RS

Avropada məşhur olan alman tüninq-atelyesi “Lumma Design” tamamlanmış “Range Rover Sport”-un yeni şəkillərini təqdim edib. O yeni “CLR RS” bodi-kiti alıb.

Şəkillərdə təqdim edilən avtomobilə aerodinamik asılqanı “Lumma”-nın Rusiyada rəsmi distributoru olan “TopCar” şirkəti quraşdırıb.

Əlavə olaraq möhtəşəm yolsuzluq avtomobili böyük diametrli disklər və eksklüziv aksessuarlar dəsti alıb. Tam tüninq-paketin qiyməti 29509 avrodur.

Bu qiyməti ödəyən avtomobil sahibi mühərrik hissəsini ventilyasiya etmək üçün üzərində kəsikləri, splitteri və diodlu hərəkət işıqları olan yeni qabaq bamper, genişləndirilmiş təkər arkaları, yenidən işlənmiş kandarlar.

Həmcinin avtomobil damın sonunda spoyler, 4-qabırğalı diffuzoru olan yeni arxa bamper alıb.

Britaniyanın yolsuzluq avtomobili, həmçinin “Lumma Design” embleminə, aşağı salınmış asmaya, 22-düymlük çoxmilli disklərə malikdir.

AUTO.AZ



Şərhlər


AD