Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

JMS VW Golf VII üçün tüninq-paket hazırlayıb

Almaniyanın  “Volkswagen Golf VII” hetçbeki “JMS” şirkətinin istehsalı olan satışdansonra tənzimlənmə üzrə yeni proqram alıb. Tüninq-paketə aerodinamik asılqanın yeni elementləri, böyük ölçülü disklər, asmanı aşağı salmaq üçün dəst və yeni qaz buraxma sistemi daxildir.

Tüninqin tam proqramını sifariş etməklə seriyalı modelin xarici görünüşünə eksklüzivlik qatmaq, o cümlədən onu daha güclü “Golf GTI” və “Golf R” variantları kimi idmansayağı etmək mümkündür.

Standart qabaq bamper üçün splitter hazırlanmışdır. Arxa bamperə isə tünerlər çoxqabırğalı diffuzor yerləşdiriblər. Diffuzorda qaz buraxmas sisteminin paslanmayan 90 mm-lik boruları var. İdmansayağı görünüşə klirensin qabaqdan 45 mm, arxadan isə 50 mm aşağı salınması ilə nail olunub.

Təkər arkalarında çoxmilli 19-düymlük “OZ Racing Ultralaggera” diskləri quraşdırılıb və onlara 225/35 ölçülü şinlər keçirilib. Qara tutqun aksentlər (dam, yan güzgülərin korpusları və “VW” emblemi) avtomobilə təzad verib. Əyləc supportları və radiator barmaqlığının xətti isə qırmızı rəngdədir.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Golf, JMS 25.12.2013

Şərhlər


AD