Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto Group-dan PUR Wheels disklərində Audi R8

Düzgün endirilmə və üsluba uyğun təkər diskləri dəsti – superkarın satışdansonrakı tamamlanması üçün ilk növbədə bu lazımdır. Kanada tüninq atelyesi SR Auto Group məhz bu qaydaya əməl edir.

O tamamlanmış idman avtomobilləri siyahısına daha bir avtomobil – alman kupesi “Audi R8”-i əlavə etdi. “Audi” markasının ən sürətli seriya avtomobilinin restaylinqdən əvvəlki modeli gözəl orijinal dizaynını saxlayaraq yalnız lazımi aksesuarlar əldə etdi.

Qara ban və əyləc sisteminin qırmızı suportları ilə effektiv təzad üçün qabaq oxda 20х8,5 düymlük, arxa oxda isə 20х11 düymlük gümüşü PUR RS05disklərindən istifadə olunur.

SR Auto işçilərinin fikrincə klirensi optimal hündürlükdə aşağı salmaq üçün qısaldılmış H&R yaylarından və aşağıprofilli rezin dəstindən istifadə olunub.

Kanada tünerlərinin atelyesində olmuş “Audi R8 V8” qalan məsələlərdə öz orijinal alman üslubuna sadiq qalıb.

AUTO.AZ



teqlər:
Audi, Audi R8, PUR Wheels, SR Auto Group 24.12.2013

Şərhlər


AD