Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Prior Design-ın təqdimatında BMW X5

Aerodinamik asılqanlar istehsal etməklə ban atelyesi “Prior Design” təkcə yenilər barədə deyil, həm də konveyerdən çıxan avtomobillərə diqqət ayırır.

Elə sonuncu tüninq-paketi də almanlar ötən nəslin E70 banında olan “BMW X5” sahiblərinə ünvanladılar. 8999 avro ödəməklə Bavariya krossoverinə eksteryerə eksklüzivlik və təcavüzkarlıq əlavə edən idman “kostyumu” geyindirmək olar. Bundan əlavə fərqli aksessuarlar da sifariş etmək olar.

Lüks yolsuzluq avtomobili üç ventilyasiya kəsiyi və “Prior” emblemi olan ventilyasiyalı kapot, tamamilə yeni qabaq bamper, splitter, yan tərəflərdə hava çıxışları, qabaq və arxa qanadlarda təkər arkalarının genişləndiriciləri və arxa bamperdə diffuzor alıb.

Əlavə pul ödəməklə tünerlər öz alıcılarına tutqun ban rəngi, ikirəngli təkər diskləri, dörd borulu qaz buraxma sistemi və qara tutqun aksentlər də təklif edə bilərlər (radiator barmaqlığı, arxa görünüş üçün yan güzgülər və qabaq qanadlarda dönmə işarələri).

AUTO.AZ



teqlər:
BMW, BMW X5, Prior Design 20.12.2013

Şərhlər


AD