Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner asmasında Mercedes CLS63 AMG

Vorsteiner alman tüninq atelyesi möhtəşəm dördqapılı kupe “Mercedes-Benz CLS63 AMG”-ni tamamladı. Atelye tüninq olunmuş avtomobilin fotosetini keçirdib onun təsvirləri ilə bölüşdü.

Alman sportkarı tünerlərdən onun idman xarakterini nəzərə çarpdıran təzə asma hissələri və eksklüziv təkər diskləri əldə etdi. Beləliklə, ikinci nəsil “CLS63 AMG” orijinal dizanı saxlamaqla fərdi üsluba malik oldu.

Ştatda olan qabaq bamper üçün iki kiçik hava cibi olan karbon splitter hazırlanıb ki, bu da qabaq əyləc mexanizmlərinin  üfürülməsi üçündür. Bununla belə avtomobil karbon lifindən hazırlanmış üçqabırğalı arxa bamperin diffuzoru və yük yerinin dar spoylerini əldə etdi.

Qara bana və tonlaşdırılmış şüşələrə uyğun olaraq avtomobil qazçıxma sisteminin ikiləşmiş qollarına malikdir. Sonda standart təkərlərin yerinə 20 düym diametrli, 10-milli boz Vorsteiner VS-160 diskləri quraşdırldı.

AUTO.AZ



Şərhlər


AD