Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M7 modifikasiyasını buraxmağı planlaşdırır

“BMW” konserninin idman bölməsi 7 sessiya flaqman sedanının xüsusi versiyasını düzəltməyə hazırdır. “Yüklənmiş” “yeddiliyi” Alpina tüninq-atelyesi buraxır, lakin bu vaxta qədər “BMW”-də belə modifikasiya olmayıb.

M GmbH-nin tədqiqat bölməsinin rəhbəri Albert Birmannın Autocar portalına verdiyi məlumata görə, “BMW” “yüklənmiş” təmsilçi sedanlar seqmentində iştirak edə bilər. Çünki, bu seqmentdə müəyyən potensialı var. Bununla belə “M bölməsində” hazırlana bilən sedan Alpina şirkətinin təqdim etdiyindən çox fərqlənər.

Onların “B7” adlanan modifikasiyası ikili turboyükləyicisi olan və 533 a.g. verən V8 mühərriki ilə təchiz olunur, və “M GmbH” rəhbərliyinin fikrincə, Bavariya bölməsi bu nailiyyəti ötüb keçə bilər. Lakin “M bölməsində” yeddinci seriya üzərində işlə bağlı konkret planlar düşünülmür – atelye başqa layihələrlə məşğuldur.

Bavariyalılar, əsasən, “BMW M5 və M6”-nın gələcək nəsillərini tam ötürücü ilə təchiz etmək imkanlarını tətqiq edirlər. Bundan başqa, üçüncü seriya hetçbek “GT” də “yüklənmiş” modifikasiya əldə edə bilər. M Performance sırasında təklifin genişləndirilməsi üzərində də iş gedir.

AUTO.AZ



teqlər:
BMW, BMW 7-series, M7 17.12.2013

Şərhlər


AD