Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault Megane Coupe-Cabriolet-i yenilədi

“Renault” şirkəti gələn ilin yanvar ayında satışa çıxacaq kabriolet “Megane Coupe-Cabriolet”-in yenilənmiş variantını təqdim etdi. Restaylinq olunmuş avtomobil gələcək nəsil modelin bazara çıxmasını gözləməyə imkan verən lazımi kosmetik tamamlamalardan keçdi.

Müasir dizaynla fransız kupe-kabrioleti daha zəngin standart avadanlığa malikdir. Avtomobili Fransada, Duedə yerləşən zavodda yığacaqlar. Satışlar əvvəlcə Belçikada, 2014-cü ilin martından isə 15-dən çox ölkənin bazarında başlanacaq.

“Renault Megane”-ın hetçbek və universal banında yenilənmiş modelləri hələ sentyabrda Detroyt motorşousunda debüt edib. Ona görə də kabrioletin restaylinqi vaxt məsələsi idi.

Qatlanan sərt damı olan açıq versiya yenidən işlənmiş gün işığının işıqdiodlu işıqları olan qabaq bamper, mərkəzində böyük “Reno” emblemi olan başqa radiator barmaqlığı, yenidən tərtib olunmuş arxa bamper və yüngül lehimli yeni disklər daxil olan eyni dəyişiklikləri əldə etdi.

Baza komplektasiyasına 7-düymlü displeyi olan R-Link multimediya sistemi daxil olub. Onu sükandakı coystik vasitəsi ilə idarə etmək olar.

Bundan başqa, “Renault Megane Coupe-Cabriolet” öz sinfində ən böyük panoramlı damı ilə öyünə bilər.

AUTO.AZ



teqlər:
Renault, Renault Megane 14.12.2013

Şərhlər


AD