Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Amerikanın 6 ən yaxşı avtomobilinin adları çəkilib

“İlin avtomobili – 2014” Şimali Amerika müsabiqəsinin finalı yaxınlaşır. Onun nəticələri yanvar ayında Detroytda elan ediləcək. Minik avtomobilləri, həmçinin yolsuzluq avtomobilləri  və pikaplar arasında final üçlüyü müəyyən olunub. Hər iki kateqoriyada prizə təkcə Amerika modelləri deyil, həm də Amerika bazarında güclü mövqe tutan “yapon” avtomobilləri iddia edirlər.

Minik avtomobilərindən prizə bizness-klass sedan “Cadillac CTS”, yeni nəsil əfsanəvi sportkar “Chevrolet Corvette” (bu ildən Corvette Stingray adını daşıyır), həmçinin kütləvi kateqoriyadan perspektivli yenilik – təzə “Mazda 3” iddia edir. Yeri gəlmişkən, sonuncu yeniliyi bu yaxınlarda sınaqdan keçirmişik.

Bütün təfərrüatlar – “Bayraqdar. Yeni Mazda 3-ün test-drayvı” materialındadır. Kadillak modelini də sınaqdan keçirtmişik, həm də “yüklənmiş” versiyanı. Onun barəsində - “V-ni hiss et. Yüklənmiş Cadillac CTS-i ram edirik” məqaləsi var.

Yolsuzluq avtomobilləri və pikapla arasında ən yaxşı üçlüyə “Acura MDX, Chevrolet Silverado və Jeep Cherokee” daxil oldular. Finalistlər arasına təzə Cipin daxil olması çox maraqlıdır, çünki yenilik çox ziddiyyətli avtomobillər sırasındadır. Markann bir çox pərəstişkarları yeni dizaynı çox pis qarşıladılar. Hər nominasiyada qalibləri jüri seçəcək. Bura Şimali Amerikadan olan 48 avtojurnalist daxildir.

AUTO.AZ



teqlər:
Cadillac, Chevrolet, Mazda, Acura, Jeep 13.12.2013

Şərhlər


AD