Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW M3 və M4-ün şəkilləri yayımlandı

Bavariyalılar bu günlərdə alman sportkarının yeni nəsli haqqında məlumatı yayımlamağa söz vermişdirlər.

Lakin ənənəyə sadiq olaraq məlumatı Şəbəkəyə “yerləşdirmək” üzrə mütəxəssislər istehsalçıları qabaqladılar. Sedan “М3”-lə birgə tamaşaçılar adı “М4” olan kupe banında avtomobil gördülər.

Aqressiv cizgiləri olan qabaq bamper və ənənəvi ştampı olan kapot sayəsində “qaynar” sedan “BMW M3”-ü adi “üçlükdən” fərqləndirmək çox asan olacaq.

Bundan başqa sedan karbon dam, yeni təkər diskləri və qızıl rəngdə əyləc supportları əldə etdi. “M4”-ə gəldikdə isə onun xarici görünüşü barədə yayda, “BMW” Amerikada, Pebbl-Biçdə keçirilən sərgidə sportkarın seriyadan əvvəlki versiyasını nümayiş etdirdikdə, fikir söyləmək olardı.

Məlumdur ki, kupe və sedan eyni mühərriki – 430 a.g. verən “altılığı” - əldə edəcəklər. Onu ya 6-pilləli “mexanika”, ya da 7-diapazonlu “robot” vasitəsilə aqreqatlaşdırmaq olar.

İlkin məlumatlara görə, 100 km/saat sürətlənməyə kupeyə təxminən 4,5 saniyə lazım olacaq. “BMW M3 və M4”-ün rəsmi virtual debütü12 dekabra planlaşdırıb.

“Həyatda” isə Bavariya sportkarları yanvarda, Detroyt avtosalonunda görünəcəklər.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, M3, M4 12.12.2013

Şərhlər


AD