Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Caractere Exclusive-dən Porsche 911 Cabriolet

Caractere Exclusive tüninq-atelyesi yeni nəsil “Porsche 911 Cabriolet”-in satışdansonrakı tamamlanmasının yeni proqramını hazırladı. Belçika tünerləri öz fikirlərini kabrioletin kosmetik tamamlanmasına yönəltdilər.

Onun üçün daha da idman üslubunda olan banın aerodinamik asmasını və eksklüziv təkər diskləri seçdilər. Bundan başqa, 991 banında “Porsche 911 Cabrio” əlavə aksesuarlar və yenilənmiş texniki içlik də əldə etdi.

Ştutqart sportkarına poliuretandan hazırlanmış splitterli qabaq bamper, astanalar üçün bəzək,  arxa spoyler və arxa bamperdə yerləşən fərqli aşağı qoyma bağışladılar.

Bundan başqa, Belçika tünerlərinin zavod versiyasında hazırladığı avtomobil kapotun qabağındakı ventilyasiya dəlikləri, arxa təkərlərin yanındakı hava cibləri, mühərrik bölməsinin qapağındakı əlavə dəliklər və Caractere emblemləri ilə fərqlənir.

“Porsche 911 Cabriolet” sahiblərinə 20 və 21 diametrli lehimli GRAPHITE CW2 diskləri, dördborulu qazçıxma sistemi, asılqanı aşağı salmaq üçün dəst və qırmızı supportları və Belçika tüninq-atelyesini firma yazısı olan daha güclü əyləc sistemi əlverişlidir.

AUTO.AZ



teqlər:
Porsche, Porsche 911, Caractere Exclusive 10.12.2013

Şərhlər


AD