Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

European Auto Source asmasında BMW M6

Amerika şirkəti European Auto Source, yaxud qısaca EAS, yeni nəsil idman kupesi BMW M6 üçün yeni bodi-kit hazırladı. “6-Series Coupe” ailəsinin F13 banında ən sürətli təmsilçisi bu dəfə bəzi texniki tamamlanmalar və kifayət qədər geniş kosmetik yeniliklər siyahısı ilə təchiz olundu.

Banın yeni aerodinamik asması ilə birgə avtomobil başqa təkərlər və eksklüziv eksteryer bəzəyi ilə təmin olunub.

EAS dizaynerləri qabaq bamperin aşağı dodağını, qabaq təkərlərin arxasında bağlamaları olan yan ətəkləri, yük yerinin damında kiçik spoyleri və arxa bamperin böyük diffuzorunu yüngül karbon lifindən hazırladılar.

Bununla belə, “BMW M6”-nı qara çoxmilli təkər diskləri ilə təchiz etdilər. Bu disklər M Performance əyləc sisteminin göy zavod supportları və tutqun boz kapotla yaxşı uyğunlaşır. Tamamlanmanın son xüsusiyyəti asılqanın bu model üçün optimal hündürlüyə salınması oldu.

AUTO.AZ



teqlər:
BMW, BMW 6-series, M6, European Auto Source 10.12.2013

Şərhlər


AD