Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Vorsteiner-in hazırladığı yenilənmiş BMW M5

„Vorsteiner“ şirkəti yenilənmiş idman sedanı „BMW M5 (F10)“ üçün sadə tüninq-paket buraxıb.

Alman tüneri alıcılarına avtomobilin idman xarakterini nəzərə çarpdıran, ona eksklüzivlik verən yeni ban detallari və unikal konstruksiyalı böyük ölçülü təkər diskləri təqdim etməyə hazırdır.

Bundan başqa, „yüklənmiş“ Bavariya biznes-klass sedanının yenilənmiş dizaynını tamamlayan daha kiçik aksesuarlar da xarici staylinq üçün əlverişlidir. Qabaq bamperin aşağı hissəsində qabaq oxda qalxma gücünü aşağı salan enli karbon önlük yerləşib.

Arxa oxda analoji funksiyanı arxa bamperin ikiqabırğalı karbon diffuzoru icra edir. 19-dan 22 düymədək ölçüdə olan lehimli VSE-003 diskləri avtomobilin xarici görünüşünə eksklüzivlik verir.

Bundan başqa, „Vorsteiner“ alıcılarına şəxsi emblem və qabaq şüşəyə günəşəleyhinə təbəqə təqdim etməyə hazırdır.

AUTO.AZ



teqlər:
BMW, BMW 5-series, M5, Vorsteiner 09.12.2013

Şərhlər


AD