Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche “platin” Cayenne təqdim etdi

“Porsche” şirkəti yolsuzluq avtomobili “Cayenne”-nin xüsusi modifikasiyasını təqdim edib - Platinum Edition. O adi avtomobillərdən xüsusi eksteryer dizaynı və baza ləvazimatlarının çoxluğu ilə fərqlənir.

Xüsusi versiyanı xarici görünüşdə gümüşü-platin rəngli əlavələri olan radiator barmaqlığı, havaçıxıntıları, o cümlədən yan güzgülər və arxa spoylerlə tanımaq olar.

Model üçün 6 ban rəngi təklif olunacaq ki, onlardan gümüş “metal” baza hesab olunacaq. Bundan əlavə qara, ağ, “qırmızı ağac” altında isə boz “metal” və “metal” cizgilər də olacaq.

Bu “Cayenne”-nin standart ləvazimatlar siyahısına qabaq və arxa parktronik, biksenon qabaq fənərlər, 11 dinamikası və 7-düym ekranı olan multimedia sistemi, 19-düymlük yüngül lehimli təkər diskləri, avtomatik tündləşdirmə funksiyası olan arxa görünüş güzgüləri və tündləşdirilmiş arxa şüşələr daxildir.

Salonda dəri işləmələri olan qara-bej rəngli oturacaqlar, idman sükanı, xüsusi xalçalar və kandarlarda “Platinum Edition” loqotipi olan əlavələr peyda olacaq.

Yenilik 300 a.g. olan 3.6-litrlik benzin və 245-güclü 3.0 dizel “altılıq” mühərriki ilə təklif ediləcək. “Porsche Cayenne Platinum Edition” satışı 2014-cü ilin yanvarında başlayacaq. Almaniyada benzin versiyası 66379 avro, dizel isə 67212 avro olacaq.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Cayenne 05.12.2013

Şərhlər


AD