Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW X5 idman paketi M Performance əldə etdi

Gələn ilin yazında “BMW” markasının daha bir yeni modeli “M Performance” idman bölməsinin idman aksessuarlarını alacaq. Söhbət satışa 2014-cü ilin mart ayında çıxarılacaq “BMW X5”-in üçüncü nəslindən gedir.

Gözlənildiyi kimi, tüninqin zavod dəsti seriyalı avtomobil sahiblərinə təkcə eksteryerə və interyerə fərdilik əlavə etmək deyil, həm də əsas texniki hissələrin məhsuldarlığını yaxşılaşdırmaq imkan verir. “BMW M Performance” tüninq paketi X5-in bütün versiyaları üçün yararlıdır.

Xarici staylinq üçün tünerlər öz müştərilərinə qara radiator barmaqlığı, arxa görünüş güzgüləri üçün karbon korpuslar, qabaq bamperdə splitter, “М Performance” yazılı qara kandar əlavələri və arxa bamperdə karbon diffuzor təklif edir. İkirəngli 21-düymlük təkər diskləri, qazburaxma sisteminin boruları üçün xromlaşdırılmış və ya karbondan olan sonluqlar və gücləndirilmiş “М Performance” əyləc sisteminin göy supportları avtomobilin xarici görünüşünə fərdilik qatıb.

Tünerlər salonda ola bilsin ki, alkantaradan idman sükanı, sürət qutusunun karbonla bəzədilmiş tutacağını, alüminium pedallar və üzərində “BMW M Performance” bölməsinin loqotipi olan xalçalar da quraşdırsınlar. Texniki hissəyə gəldikdə isə aksessuarlar dəstinə “BMW M Performance Power Kit” paketi daxildir. Bu paket mühərrikin gücünü artırmağa və dinamikanı yaxşılaşdırmağa imkan verir.

Məsələn, 3.0-litrlik 6-silindrli “BMW X5 xDrive35i”-in əmsalını 26 at gücü və 50 nyuton metr artıraraq, avtomobili 236 a.g. və 450 Nm-ə qədər gücləndirmək olar. Bu paketə həm də sürətləndirmə pedalının təkmilləşdirilməsi proqramı daxildir ki, o da mühərrikin ani cavab verməsinə, daha güclü səs verməsinə kömək edir.

AUTO.AZ



teqlər:
BMW, BMW X5, M Performance 02.12.2013

Şərhlər


AD