Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai yeni Genesis təqdim edib

Koreyanın böyük sedanının ilk nəsli Rusiya bazarında müvəffəqiyyət qazana bilmədi və bir neçə il əvvəl “Hyundai” bu avtomobilin ölkəyə gətirilməsini dayandırdı. Lakin indi şirkət dünya ictimaiyyətinə “Genesis”in yeni nəslini təqdim edir.

Əvvəl də olduğu kimi, “Genesis” biznes-sinfində “yaşlaşmış” kimi qaldı. Yenilik uzunluğuna görə “Mercedes E-Class”dan 10.1 sm böyükdür. Birinci nəsil ilə müqayisə etsək, demək olar ki, qabaritlər bərabərdir (4990 х 1890 х 1480 mm, təkər bazası isə 3010 mm).

Alıcılara 4 növ benzin mühərrik təklif ediləcək. Ən balacası 3-litrlik V6 (257 a.g.), sonra 3.3-litrlik (282 a.g.), daha sonra 3.8-litrlik (315 a.g.) və ən güclüsü 5-litrlik V8 (452 a.g.). Bu mühərriklərin hamısı 8-pilləli avtomatla hərəkətə gəlir. Yeniliyin əsas texniki sirri – arxa ötürücüyə alternativ qismində tam ötürücülü variantın peyda olmasıdır. Koreya şirkəti “HTRAC” (Hyundai Traction) adı almış istehsalat təqdim etdi.

Onlar sürücüyə oxlar arasında fırlanma anının müəyyən edilməsinə təsir edən rejimlərdən birini seçməyə imkan verəcəklər. Standart rejimdə qabaq və arxa təkərlərə bərabər dartma gücü ayrılacaq, idman rejimində isə dartma gücü daha çox arxa oxa çatacaq.

Daha bir maraqlı yenilik – bu salondakı havanın keyfiyyətinə nəzarət sistemidir. Bu sistem sürücüyə yuxu gətirəcək karbonat qzının çoxluğuna reaksiya verir. СО2-nin yüksək qatılığını hiss etdikdə klimat-kontrol özü salonun havasını dəyişir.

Yeniliyin bütün təchizatını saymağa dəyməz, çünki o tamamilə biznes-sinfinə uyğundur. Alıcılar proyeksiya cihazları, uyğun kruiz-kontrol, təkmilləşdirilmiş multimedia sistemi və s. alacaqlar.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Genesis 28.11.2013

Şərhlər


AD