Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford qlobal krossoverin sirrini açdı

“Ford” şirkəti Los-Ancelesə yeni nəsil konsept krossover “Edge”in rəsmi təqdimatı ilə gəlib. Avtomobil beynəlxalq avtosalon çərçivəsində təqdim edilib.

Yenilik 2006-cı ildə ABŞ-da istehsal edilməyə başlayan “Ford Edge”-in işinin davamını dünyaya göstərmək məqsədi daşıyır. Avtomobil “Kuga” və “Explorer” modelləri arasında boşluğu dolduracaq.

Yeni “Ford Edge”in texniki göstəriciləri barədə məlumatın az olmasına baxmayaraq, istehsalçı hətta mühərrik barədə də məlumat verməyib. Məsələn, “Ford Edge”də avtomatik park etmə sistemi olacaq ki, onu həm salondan, həm də avtomobilin içində olmadan məsafədən də aktivləşdirmək mümkün olacaq.

“Obstacle Avoidance” sistemi də olacaq ki, o yollardakı maneələri tanıyacaq və əgər sürücü reaksiya verməsə, o avtomobili təhlükəli trayektoriyaya çəkəcək.

Bundan əlavə “Ford Edge” işıqdiodlu optika, kor zonalara nəzarət sistemi, uyğunlaşdırılmış kruiz-kontrol, 10-düymlük sensor ekranı olan “MyFord Tourch” multimedia sistemi və digər opsiyalar alacaq.

Konseptdən danışdığımıza baxmayaraq, avtomobil seriyaya çıxarılacaq. Bu baş verdikdə isə krossover təkcə Avropada satılmayacaq.

AUTO.AZ



teqlər:
Ford, Ford Edge 25.11.2013

Şərhlər


AD