Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mini-nin şəkilləri şəbəkədə yayılıb

Yeni nəsil hetçbek “Mini”nin ilk rəsmi şəkilləri əldə edilib. Onun şəkilləri “Worldcarfans” portalında nəşr edilib. Gözlənildiyi kimi, modelin xarici görünüşü dəyişilməyib, lakin o yeni fənərlər, fərqli bamperlər, radiator barmaqlığı və arxa fənərlər alıb.

Faktiki olaraq yeni “Mini” radikal üslub dəyişiklikləri edilmədən özündə konsept “Vision”ı təcəssüm edir. Aşağıdakı informasiya ilə sizə iki hetçbeki fərqləndirməyi təklif edirik: yuxarı şəkildə üçüncü nəsil “Mini”, aşağıda isə əvvəlki modeldir.

Təəssüf ki, hazırda yeniliyin salonunun şəkilləri yoxdur. Əvəzində, yeni “Mini”nin kapotu altında satışa çıxarılarkən nə olacağı məlumdur. Benzin mühərriklər sırasına 134 a.g. (230 Nm) gücü olan 3-silindrli 1.5-litrlik və 189 a.g. (300 Nm) gücü olan 4-silindrli 2.0-litrlik mühərrik daxil ediləcək.

Bundan əlavə yeni “Mini” 114 a.g. və maksimal 269 Nm fırlanma anı verən 1.5-litr dizel variantı da alacaq. Mühərriklər 6-pilləli mexaniki və 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyəcək.

Yeni hetçbek “Mini”nin qiyməti barədə məlumat verilmir.

AUTO.AZ



teqlər:
Mini, Mini Cooper 25.11.2013

Şərhlər


AD