Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru gələcək Legacy-nin prototipini göstərdi

Yaponiyanın avtomobil istehsalçısı olan “Subaru” sedan “Legacy”-nin gələcək nəslinin necə görünəcəyini nümayiş etdirmək qərarına gəldi. Prototipi Los-Anceles avtosalonunda göstərəcəklər. Çox güman ki, avtomobil elektromobil olacaq.

4-qapılı kupe banında hazırlanan cəlbedici konsept Cenevrə avtosalonunda təqdim edilmiş “Viziv concept” layihəsinin bəzi dizayn cizgilərini mənimsəyib. Xüsusilə, yeni avtomobildə oxşar radiator barmaqlığı və orijinal qabaq fənərlər görmək olar.

Ümumilikdə, “Subaru Legacy Concept” seriyalı kimi görünür, ona görə də güman etmək olar ki, yeni nəslin modeli seriyaya daxil olacaq. Modelin interyerini şirkət hələlik sirr olaraq saxlayır. Lakin onlar bildiriblər: “Konseptin salonu yüksək funksionallığı təmin etmək məqsədilə yaradılıb və avtomobildə 4 nəfər rahat otura bilər”. Bildirilir ki, salon mavi cizgiləri olan qəhvəyi dəri ilə işlənib. Cihazlar panelinin mərkəzində çoxfunksiyalı displey quraşdırılıb ki, onu da smartfon və ya planşet kimi işlətmək olar.

“Subaru Legacy concept”-in uzunluğu 4930 mm, eni 1940 mm, hündürlüyü 1500 mm, təkər bazası isə 2880 mm-dir. Həmçinin məlumdur ki, konsept tam ötürücü sistemi “Subaru” alacaq. Şirkət digər texniki detallar barədə məlumat vermir. Lakin şəkillərə əsasən demək olar ki, konsept elektromobildir. Sedan “Legacy”-ni yeni nəslinin seriyalı variantı gələn il bazara çıxarılacaq.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Legacy 22.11.2013

Şərhlər


AD