Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus RX 270 İndoneziyanın “Aimgain” asılqanında

Avropa şirkətlərinin heç də hamısı kompakt krossover “Lexus RX”-in tüninqi üçün detallara malik deyil. Lakin bunun üçün asiyalı tünerlərə müraciət etmək kifayətdir.

Belə ki, təsadüfən İndoneziyada tüninq olunmuş avtomobillərə baxarkən, biz yapon tüneri “Aimgain”-in təcavüzkar asması ilə rastlaşdıq.  Yeni ban detalları ilə yanaşı, kompakt yolsuzluq avtomobili eksklüziv dizaynda böyük disklər dəsti alıb.

Şəkildə görünən avtomobil çoxlu sayda ventilyasiya kəsikləri, splitteri və standart duman əleyhinə fənərlərlə tamamlanmış diodlu hərəkət işıqları olan yeni qabaq bamper, yan ətəklər, diffuzoru olan arxa bamper və baqaj qapağının şüşəsinin üzərində yerləşdirilmiş əlavə spoyler alıb.

Təcavüzkar üslubuna uyğun olaraq krossover “Lexus RX 270” həm də aşağı profilli “Toyo” şinləri olan 22-düymlük “Vossen VVSCV3” diskləri və qaz buraxma sisteminin bir cüt yeni boruları ilə təchiz edilib.

AUTO.AZ



teqlər:
Lexus, Lexus RX, Aimgain 21.11.2013

Şərhlər


AD