Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Subaru WRX: ilk fotolar

“Subaru” şirkəti noyabrın sonlarında Los-Anceles avtosalonunda debüt edəcək yeni sedan “WRX”-in ilk tizerini nəşr edib.

Yenilik 2013-cü ilin martında Nyu-York avtosalonunda təqdim edilmiş eyniadlı konsept “WRX”-in təcəssümü olacaq. Seriyalı avtomobil ondan təcavüzkar görünüşlü bamperlə, yeni radiator barmaqlığı və fənərlərlə fərqlənir.

Rəsmi tizerlə yanaşı, şəbəkələrdə yeni “Subaru WRX”-in mükəmməl şəkilləri də yayılıb. Şəkilləri “Jalopnik” portalı nəşr edib. Onların rəsmi surətdə təsdiq olunmamalarına baxmayaraq, çox güman ki, yenilik məhz belə görünəcək.

“Subaru WRX”-in texniki xarakteristikaları barədə rəsmi məlumat yoxdur. İlkin məlumatlara əsasən, sedan 265 a.g. olan 2.5-litrlik 4-silindrli mühərriklə təchiz ediləcək.

“Subaru WRX” ilə yanaşı, Yaponiyanın avtomobil istehsalçısı Los-Ancelesdə hələlik adı məlum olmayan yeni konsept də göstərəcəyinə söz verib.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Impreza, Impreza WRX 21.11.2013

Şərhlər


AD