Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lincoln seriyalı krossover MKC təqdim etdi

“Lincoln” şirkəti bu ilin sonunda Los-Anceles Beynəlxalq motorşouda dünya üzrə təqdimatı keçiriləcək yeni “MKC” modelini rəsmi olaraq təqdim etdi. Yenilik 2013-cü ilin əvvəllərində Detroyt avtosalonunda təqdim edilmiş analoji konsept əsasında yığılan kompakt krossoverdir.

Avtomobil Kentukki ştatının Luisvill şəhərindəki zavodda buraxılacaq və “BMW X1”, “Mercedes-Benz GLA” kimi modellərlə rəqabət apara biləcək. Krossoverin ABŞ-da satışı 2014-cü ilin yayında başlayacaq.

İstehsal ediləcək avtomobilin dizaynı bir çox cəhətlərinə görə konseptə bənzəyir, lakin dəyişilmiş qapı tutacaqları, elə də təcavüzkar olmayan qaz buraxma sisteminin boruları və arxa fənərlər bir qədər fərqlidir. “Lincoln” şirkətinin yeni dizayn dilinə əsasən, 2013-cü model ili “MKZ” əsasında olan krossover iki ayrı qanadı xatırladan bölgülü radiator barmaqlığı və xüsusi konstruksiyalı arxa qapılar alıb.

Şəkillərdə gördüyümüz modifikasiya tamamilə şüşəli panoram dama – “Vista Roof” malikdir. Yeniliyin əsasında digər amerikan kompakt yolsuzluq avtomobili “Ford Kuga”-nın şassisi dayanıb. Avtomobilin ölçüləri barədə məlumat verilmir, lakin o çox güman ki, konsept-karın qabaritləri ilə eyni olacaq: uzunluq – 4550 mm, en – 1932 mm, hündürlük – 1607 mm və təkər bazası – 2712 mm.

Baza komplektasiyasında avtomobil qabaq ötürücü və 18-düymlük tökmə disklərlə təchiz edilir. Daha bahalı variantları intellektual sistemi olan tam ötürücü, uyğun asma və 19-düymlük disklərlə təchiz edəcəklər. “Lincoln MKC” interyeri təzad yaradan tikişləri olan dəri ilə işlənib, avtomatik sürət qutusunun adi tutacağı əvəzinə isə düymədən istifadə olunub.

İçəridə, həmçinin yeni sükan görmək olar ki, o gələcəkdə “Lincoln”-un digər modellərində də olacaq. Daha bahalı modifikasiyaların bəzədilməsində biz bahalı dəri və ağac görəcəyik. Ən bahalı komplektasiyada alıcılara 8-düymlük displeyi olan “MyLincoln Touch” multimedia sistemi, 14 dinamikili audiosistem, smartfonla qoşulma imkanı, kor zonaların monitorinq sistemi, hərəkət xəttinə nəzarət sistemi və toqquşmadan qaçma sistemi təklif edilir.

Avtomobil 240-güclü 2.0-litrlik “EcoBoost” (366 Nm) və 275-güclü 2.3-litrlik “EcoBoost” (406 Nm) mühərrikləri ilə təklif ediləcək. Belə güman edilir ki, sürət qutusu 6-pilləli avtomat olacaq.

AUTO.AZ



teqlər:
Lincoln, Lincoln MKC 18.11.2013

Şərhlər


AD