Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bad Penny Mustang: həyasız ayğır

“Classic Design Concept” şirkəti SEMA sərgisi üçün qara-tünc rəngli poni-kar hazırlayıb. Lakin avtomobili hər il keçirilən tüninq-şou əvəzinə, qara qüvvələrin bayramı olan Hellouinə hazırlamaq daha yaxşı olardı.

“Bad penny” ifadəsinin mənalarından biri də “Yaramaz şöhrəti və murdar etibarı ilə tanınan iyrənc şəxsiyyət” deməkdir. Xarici görünüş cəhətdən “Mustang” barədə belə demək olmaz: o qamətli, qəşəngdir və demək olar ki, xarici əlavələrlə eybəcərləşdirilməyib, lakin aerodinamik quyruğu, dəyişilmiş radiator barmaqlığı və qabaq oxda 285/35 R 20, arxa oxda isə 315/35 R 20 ölçülü “BFGoodrich G-Force Rival” şinləri olan 20-düymlük “Forgiato” təkər disklərinə malikdir.

Layihənin texniki hissəsi təsirlidir - əbəs yerə “Ford”u o dünyalıq tənzimləməyiblər. 5.0-litrlik V8 mühərrikini həcmli “Ford racing” yükləyici, “Pypes” kollektorları ilə təchiz ediblər. Eybəcər “Shelby GT500”-də “səkkizliyin” gücü 624-dən 662 a.g.-ə qədərdir! Kandarın altından çıxan borular avtomobilin coşqun xasiyyətindən xəbər verir.

Sürücü və sərnişin üçün “Recaro” oturacaqları hazırlanıb, “qonaqları” isə ikinci sırasa çağırmaq lazım deyil: arxa divan çıxarılıb. Bunun səbəbi isə çəkinin aşağı salınması və yürüşdə bir neçə saniyə qazanmaq deyil, akustik sistem üçün (səsgücləndirici, sabfuverlər və orta tezlikli dinamiklər) daha böyük yer ayırmaqdır.

AUTO.AZ



Şərhlər


AD