Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan GT-R hibrid olacaq

Yeni nəsil “Nissan GT-R” sportkarı hibrid güc qurğusu alacaq. Bunun sayəsində avtomobilin dinamik göstəriciləri yaxşılaşacaq və zərərli tullantıların səviyyəsi aşağı düşəcək. Bu barədə “Nissan”-ın marketinq üzrə prezidenti Endi Palmer “Autocar” nəşriyyatına müsahibəsində deyib.

“Gələcəkdə bütün avtomobillərin elektrikləşəcəyi qaçılmaz bir məsələdir və elə bu yolla da Nissan GT-R kimi sportkarları təkmilləşdirmək mümkün olacaq”, - deyə bildirən Palmer onu da əlavə etmişdir ki, “elektrik sistemlər fırlanma anında fasilələri doldura, dinamik göstəriciləri yaxşılaşdıra və ziyanlı tullantıların səviyyəsini aşağı sala bilər. Bu məğlubiyyətsiz seçimdir və mən gələcək nəsil avtomobillərində hibridləşmə görəcəyimə ümid edirəm”.

Bir qədər əvvəl “Nissan” artıq “GT-R”-ın hibrid variantı üçün ad qeydiyyatdan keçirmişdi – R-Hybrid. Palmerin buraxılışını təsdiq etdiyi “Nissan GT-R Nismo” variantı isə daha ənənəvi olacaq. “Biz, aerodinamika və mühərrikin xarakteristikasını yaxşılaşdırmaqla avtomobili hər il təkmilləşdirəcəyimizə ümid edirik. Əsas göstərici dövretmədəki vaxt olacaq və biz ümid edirik ki, bu vaxt ildən-ilə azalacaq”, - deyə Palmer bildirmişdir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R 09.11.2013

Şərhlər


AD