Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda Odyssey Bugatti Veyron-dan güclü olub

“Honda” şirkəti “Bisimoto Engineering” şirkəti ilə birlikdə “Power-Van” adlandırılmış miniven “Odyssey” yaradıb. O 1029-güclü mühərrikə malikdir ki, bu da superkar “Bugatti Veyron”-dan 28-güc çoxdur. Avtomobil Las-Veqasda keçirilən “SEMA” tüninq-şousunda debüt edib.

Gücün dörd dəfə artırılmasına (“Odyssey”-in standart 3.5-litrlik mühərriki 248 at gücü verir) “Turbonetics” şirkətindən bir cüt turbinin, yeni idarəetmə elektronikasının, yeni yanacaq nasosunun, yeni qaz buraxma sisteminin və standartdan fərqlənən porşnlərin quraşdırılması ilə nail olunub.

Bütün bunlara əlavə olaraq “Odyssey Power-Van”-i aşağı salınmış asılqanla, 20-düymlük yüngül lehimli təkər diskləri, “Pecaro” oturacaqları və həm ikinci, həm də üçüncü oturacaqların sırasında yerləşdirilən təhlükəsizlik karkası ilə təchiz ediblər. “Power-Van”-in dinamik xarakteristikası barədə məlumat verilmir.

AUTO.AZ



teqlər:
Honda, Honda Odyssey, SEMA 2013 09.11.2013

Şərhlər


AD