Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

VW tamamlanmış sedan Jetta-nı təqdim edəcək

“SEMA 2013” avtomobil sərgisi ərəfəsində “Volkswagen” şirkəti seriyalı “Jetta” modelinin bazası əsasında yığılmış iki yeniliyi barədə məlumat verdi.

“Racer’s Dream in Black and White” və “Helios Special Edition Jetta GLI Tribute” layihələri tənzimlənmə nöqteyi-nəzərindən iki tamamilə fərqli avtomobillərə aiddir. Birinci kompakt sedan dinamik xarakteristikalar, ikinci isə 1980-cı ilin orijinal “Helios Special Edition 1980” variantı üçün nəzərdə tutulur.

Kompakt sedana əsaslanan sportkar “FMS Automotive” şirkətinin mütəxəssislərinin iştirakı ilə yığılıb. Seriyalı modeldə 210 at gücü verən standart 2.0-litrlik TSI mühərrikinin gücünü 425 a.g.-ə qədər artırmaq mümkün olub.

Tünerlər “APR” şirkətinin “Stage 3+ Turbo Kit” paketini, asmanı aşağı salan “H&R” komplektini, 4-porşnli “Brembo” əyləcləri və “Nitto” şinləri keçirilmiş 19-düymlük təkər diskləri quraşdırıblar.

Büdcə avtomobilinin xarici görünüşünə daha çox idman üslubu əlavə etmək üçün onu üç havaçıxıntısı və aşağı hissədə önlüyü olan qabaq bamperdən, “Golf R” yan ətəklərdən, enliləşdirilmiş təkər arkalarından, baqajın kənarında dar spoylerdən və arxa bamper diffuzorundan ibarət aerodinamik asılqan ilə təchiz ediblər.

Qara aksentləri olan tutqun ağ rəngli ban, tündləşdirilmiş arxa fənərlər və qaz buraxma sisteminin bir cüt yumru sonluqları eksteryeri daha da təcavüzkar etdi. Salonda torpedaya, 3-milli idman sükanına, qapı panellərinə və “Recaro” idman oturacaqlarına bej və qara rəngli dəri çəkiblər.

“Volkswagen Jetta 1.8 TSI” bazasına əsaslanan ikinci layihə seriyalı avtomobildən yenidən işlənmiş bamperi, kandar əlavələri və arxa spoyleri olan yeni bodi-kitlə, “Nitto Invo 235/35” şinləri və üzərində “Helios” yazılmış mavi “Golf R” əyləc supportları olan 19-düymlük boz çoxmilli “VW Motorsports” diskləri ilə fərqlənir.

Kompakt sedanın salonunda “Recaro” oturacaqları, ikirəngli xalılar, metal pedallar və qolf topu formasında sürət qutusu tutacağı quraşdırılıb.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Jetta, SEMA 2013 06.11.2013

Şərhlər


AD