Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jeep-dən eksklüziv – Wrangler Polar Edition

Ötən ay Beynəlxalq Frankfurt motorşousunda təqdim edilmiş eksklüziv yolsuzluq avtomobili “Jeep Wrangler Polar Edition” gələn ay satışa çıxarılacaq. Avtomobilin yaradılmasında amerikan dizaynerlərini Antarktik regionun ekstremal iqlim şəraiti ruhlandırıb və bu da avtomobilin eksteryerində özünü biruzə verir. Vizual yeniliklərlə yanaşı cip keçid qabiliyyətini yaxşılaşdıran əlavə ləvazimatlar alıb.

ABŞ-da yeniliyin qiyməti 32395 dollardan başlayır. Xarici görünüşündə “Jeep Wrangler Polar Edition”-ın fərqli əlamətləri qara vertikal kəsikləri olan yeni radiator barmaqlığı, “Powerdome” kapotu, ban rəngində olan dam, tündləşdirilmiş şüşələr və yüngül lehimi 18-düymlük qara parlaq disklərdir.

Kapot üzərində dağ təsvirləri olan etiketlər, xüsusi lövhəciklər və “Mopar” yanacaq çəninin qara qapağı avtomobilin məhdud tirajına işarə edir. Salonda “Polar” loqotipi ağ rəngli sapdan tikişləri olan qara dərili oturacaqların söykənəcəklərini və qabaq sərnişin torpedasını bəzəyir.

Ağ keramik rəngli əlavələr də tünd rəngə gözəllik qatıb. Yolsuzluq avtomobili asma və təkmilləşdirilmiş sürət qutusu ilə gücləndirilmiş 3.6-litrlik 285-güclü “Pentastar V6” mühərriki ilə təchiz edilib.

AUTO.AZ



teqlər:
Jeep, Jeep Wrangler 06.11.2013

Şərhlər


AD