Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TopCar, Range Rover Lumma CLR R təqdim etdi

Rusiyanın tüninq-atelyesi “TopCar” çox vaxt öz layihələrində tanınmış avropalı tünerlərin aerodinamik asılqanından istifadə edir.

Bu, indi məqalədə danışacağımız yolsuzluq avtomobili “Range Rover”-in də tamamlanmasında baş verdi. Lüks Britaniya avtomobilini “Lumma CLR R” asılqanı və böyük “ADV.1 Wheels” təkər diskləri ilə təchiz ediblər.

Bundan əlavə tünerlər avtomobilin texniki hissəsini modifikasiya edib, daxili hissəni isə yeniləyiblər. Yeni qabaq bamperin aşağı hissəsində splitter, diodlu hərəkət işıqları və üç böyük havaçıxıntısı var.

Yanlarda hündür kandar əlavələrini təkər arkalarının genişləndiriciləri birləşdirir. Arxada beşinci qapının əlavə spoyleri və diffuzoru olan arxa bamper quraşdırılıb.

Qara aksentlər, tündləşdirilmiş şüşələr, xarici lövhəciklər, qazburaxma sisteminin dördkünc sonluqları, tündləşdirilmiş fənərlər və altımilli disklər cipin eksklüziv dizaynını tamamlayır.

Karbondan imtina etməklə, avtomobil sahibi salonun bəzədilməsində metal və qara laklanmış dekor elementləri ilə birgə qırmızı və qara dəridən istifadə etməyə üstünlük verib.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, ADV.1 Wheels, TopCar 05.11.2013

Şərhlər


AD