Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mode Carbon Mercedes C63 AMG-ni tamamladı

Amerikan tüneri “Mode Carbon” iki tamamlanmış avtomobil təqdim etdi: onların hər ikisi “yüklənmiş” Mercedes-Benz C-Class-ın variantlarıdır.

Sedan “C63 AMG” və kupe “C63 AMG Black Series Coupe” xarici görünüşlərinə eksklüzivlik və idman xüsusiyyəti əlavə edən bir sıra kosmetik yeniliklər alıb. Stilistik dəyişikliklər və bir sıra xarici aksessuarlarla yanaşı avtomobillər orijinal klassik idman dizaynını qoruyub saxlayıblar.

Dördqapılı “Mercedes-Benz C63 AMG” gümüşü “Iridium Silver” rəngi ilə boyanıb və karbondan olan yeni ban elementləri ona effektli təzad verir.

Bu elementlər sırasına “DTM” bolid üslubundan hazırlanmış arxa bamperin üçqabırğalı diffuzoru və arxa görünüş güzgüsünün korpusu daxildir. Tündləşdirilmiş şüşələr, ikirəngli disklər və qırmızı supportlar yeni üslubu gözəl tamamlayıb.

Gümüşü “Iridium Silver” rəngində olan ikiqapılı “Mercedes-Benz C63 AMG Black Series Coupe” sportkupesi əvvəl “Superior Auto Design” atelyesi tərəfindən fərdiləşdirilmişdi.

Onlar avtomobili “Carbon Fiber Solutions” komponentləri ilə təchiz ediblər. Əlavə olaraq qabaq karbondan bamper elementləri, arxa görünüş güzgüləri və baqaj qapağının spoyleri quraşdırılıb.

AUTO.AZ



Şərhlər


AD