Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ABT Sportsline sedan AS6-nı təqdim etdi

“Volkswagen Group” konserninin seriyalı avtomobillərinin tamamlanması üzrə ixtisaslaşmış alman şirkəti “ABT Sportsline” 2014-cü ilin əvvəllərində ABŞ-da öz filialını açacaq. Bu səbəbdən də tüninq olunmuş və eksklüziv avtomobillərin “SEMA 2013” sərgisində almanlar yenilənmiş sedan “ABT AS6”-nı təqdim edəcəklər. Sadə dizel modifikasiyası əsasında yığılmış biznes sinfinə məxsus sedan bir dizel avtomobilində yüksək rahatlığın, qənaətcilliyin və dinamikliyin bir araya gələ bilməsi mümkünlüyünü bir daha təsdiq edir. Texniki hissəsinin yenilənməsi ilə yanaşı “Audi A6 3.0 TDI Quattro” yeni asılqan və dəbli təkər dəsti alıb.

3.0-litrlik V6 turbodizelinin gücünü almanlar 245 a.g.-dən və 580 Nm-dən 286 a.g.-ə və 678 nyuton metrə qədər artıra biliblər. Avtomobilin sürət xarakteristikası barədə məlumat verilmir, lakin istənilən halda onlar 100 km/saat sürəti 6.1 saniyəyə yığan və maksimal sürəti 250 km/saat olan seriyalı modeldən daha yaxşı olacaq. Dizel sedanının artmış imkanlarını effektli şəkildə idarə etməyə gücləndirilmiş “ABT” əyləcləri və qısa yayları olan aşağı salınmış asma kömək edəcək.

Aerodinamik ban asılqanının yeni elementləri “ABT AS6”-a vizual gözəllik bəxş edir. Bu asılqana qabaq bamperin splitteri, yan kandar əlavələri, arxa bamperin aşağı hissəsi və baqaj qapağında kiçik spoyler daxildir. Qabaq və arxa hissədə “ABT” lövhəcikləri, arxa görünüş güzgülərinin karbon korpusları, qabaq qanadların əlavələri və qaz buraxma sisteminin cütləşdirilmiş borucuqları avtomobilin idman sayağı yeni üslubunu vurğulayır (əlavə pul ödəməklə tamamilə yeni qaz buraxma sistemi də sifariş etmək olar). 20-düymlük cütləşdirilmiş 5-milli “ABT ER-C” diskləri və aşağı profilli şinlər son ştrixlər olacaq. Tüninq olunmuş “Audi A6” barədə daha ətraflı məlumat SEMA 2013 avtoşousunda debütdən sonra bildiriləcək.

AUTO.AZ



teqlər:
Audi, Audi A6, Abt Sportsline, SEMA 2013 01.11.2013

Şərhlər


AD