Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Caractere Exclusive-dən Porsche Panamera

Belçikanın gənc tüninq atelyesi “Caractere Exclusive” tam ölçülü premial hetçbek “Porsche Panamera” üçün tamamlama proqramı təqdim edib.

Tünerlər möhtəşəm alman avtomobili üçün idman ban asılqanı düzəldərək, onun üçün dəbli təkər diskləri seçmiş və xüsusi hazırlanmış qaz buraxma sisteminin köməyi ilə mühərrikin səsini yaxşılaşdırmışlar.

Bununla yanaşı avtomobil sahibləri yeni işləmə materialları və interyer bəzəkləri də əldə edə bilərlər.

Bodi-kit restaylinq olunmuş “Porsche Panamera” variantı üçün nəzərdə tutulub və ona üç hava çıxıntısı və aşağı hissədə splitteri olan yeni qabaq bamper, vizual olaraq avtomobili alçaq göstərən yan ətəklər, kiçik spoyler və arxa bamperdə yerləşdirilmiş 4-qabırğalı diffuzor daxildir.

Eksteryerin bəzədilməsində son ştrix 21 və ya 22-düym diametri olan böyük disklərdir. Mərkəzi konsolda karbon əlavələr və qapıda bəzi elementlər salonun şəklini dəyişməyə imkan verəcək.

Sifarişçinin istəyinə uyğun olaraq işləmə və dekor materialları iki rəngdə hazırlana bilər.

AUTO.AZ



Şərhlər


AD