Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jeep Wrangler modernləşdi

Jeep, əfsanəvi Wrangler-nin modernləşəcəyi barədə elan verdi. Avtomobilin xarici görünüşündə heç bir dəyişiklik edilməyib. Bu da tamamilə açıqlana bilən bir səbəbdir – səndemə, Wrangler-in alıcıları Jeep-dən xahiş ediblər ki, avtomobilin eksteryer dizaynına heç nə etməsinlər. Salondakı dəyişikliklər isə bəs qədərdi.

Bundan belə, sürücü avtomobilə istədiyi kimi multimedia sistemi yığa bilər. Wrangler, yeni alətlər paneli əldə eldi, USB-çıxışı, qapı panelləri başqalaşdı, güzgülər elektrikli idarəetmə ilə yanaşı həm də qızdırıcılı oldu, sükan yeniləndi və onda kruiz-kontrolu, musiqini, yüksəkdən danışma sistemini idarə edən klaviş peydah oldu. Mühəndislər səs izolyasiyasının da üzərində işləyiblər. Bir sözlə, dəyişiklik bəs qədərdir.

Jeep-in təmsilçilərinin verdiyi məlumata görə modernləşdirilmiş avtomobilin istehsalına artıq başlanılıb və yaxın günlərdə dilerlərə təqdim olunacaq.

Mənbə: auto.mail.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Jeep, Jeep Wrangler 23.08.2010

Şərhlər


AD