Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

A.Kahn Design-ın təqdimatında Audi Q3 TDI S

Britaniyanın və Avropanın qabaqcıl tüninq şirkətlərindən biri olan “A. Kahn Design” atelyesi tamamlanmış yolsuzluq avtomobili “Audi Q3 TDI S” təqdim etdi.

Möhtəşəm mini yolsuzluq avtomobili zərif dizayna, əla məhsuldarlığa və yüksək praktikliyə malikdir ki, bu da onu öz sinfinin ən yaxşı nümayəndələrindən biri edir. Minimal yeniliklərə baxmayaraq nəticədə eksklüzivlik əldə edilir, bu isə bir çox seriyalı avtomobillərdə yoxdur.

Krossoverin banını bir neçə qat nadir “Amalfi White” ağ rəngi ilə örtüblər, effektli təzad üçün isə bamperlərin aşağı qoruyucularını, kandarları və təkər arkalarının əlavələrini qara rəngdə saxlayıblar.

Əlavə olaraq şüşələr tündləşdirilib, üzərində “A. Kahn Design” yazılmış lövhəciklər peyda olub, əyləc sisteminin supportları qara rəngə boyanıb və 255/40 ölçülərində şinləri olan 20-düymlük “Kahn RS-XF” diskləri quraşdırılıb.

Avtomobilin salonunu sırınmış və deşilmiş təbii dəri ilə işləyiblər. Qırmızı əlavələr və ağ tikiş xətləri qara rəngə gözəllik verib. Bundan əlavə salonda alüminium pedallar və cihazlar lövhəsinin qırmızı sferblatları peyda olub.

AUTO.AZ



teqlər:
Audi, Audi Q3, A.Kahn Design 30.10.2013

Şərhlər


AD