Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai sedan Genesis-in sirrini açdı

“Hyundai” şirkəti yeni nəsil sedan “Genesis”-in bir neçə rəsmi şəklini yayıb. 2014-cü model ilinin avtomobili yeni xarici görünüş və genişləndirilmiş standart komplektasiyalarla yanaşı, həm də opsional olaraq tam ötürücü sistemi alacaq ki, bu da model üçün yenilikdir. İlkin məlumatlara görə Cənubi Koreyanın daxili bazarı üçün avtomobilin debütü tezliklə olacaq, bu da o deməkdir ki, yenilik ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində satışa çıxacaq.

Sedan “Hyundai Genesis” müasir dizayn dilinə malikdir, o “Fluidic Sculpture 2.0” adı alıb (maye heykəltəraşlıq). Yeni nəsil avtomobili bu ilin əvvəlində debüt etmiş seriyalı istehsalat üçün dəyişilmiş konsept “HCD- 14”-ü xatırladır. “Genesis” öz sələfindən banın qabaq hissəsi, alçaq yan şüşələr, arxa görünüş üçün güzgülər və dəyişilmiş arxa ilə fərqlənir.

Banın təkmilləşdirilmiş konstruksiyası və möhkəmliyi avtomobilin təhlükəsizliyini artırır. Döngələrə nəzarət sistemi, sükanın elektrik gücləndiricisi idarəetməni yaxşılaşdırır. Tam ötürücüsü “HTRAC” isə oxlar arasında gücün bölünməsinə cavabdehdir.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Genesis 25.10.2013

Şərhlər


AD