Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Liberty Walk-dan BMW M3 Coupe

Fotoqram Çarli Devis gözəl fotosessiya edərək “Liberty Walk” şirkətindən olan yapon tünerlərinin hazırladıqları “BMW M3 Coupe”-ni diqqətimizə çatdırdı.

İstehsalında yaponlara uğur gətirən təcavüzkar aerodinamik ban ilə yanaşı, alman sportkarı yeni təkər diskləri və idman oturacaqları ilə təchiz edilib.

Lakin yenə də əsas dəyişiklik avtomobilin kapotu altında baş verib. Orada yerləşən atmosferli 8-silindrli mühərrik indi yükləmə sisteminə malik olub.

E92 banında olan “BMW M3” qabaq bamperdə enli önlük, təkər arkaları genişləndiriciləri, baqaj qapağında spoyler və dəyişilmiş arxa bamper alıb.

Ağ reklam yazıları, “KW” detallarının köməyi ilə aşağı salınmış asma və aşağı profilli “Nitto” şinləri keçirilmiş çoxmilli xromlaşdırılmış “Work Brombacher” diskləri avtomobilə idman xüsusiyyəti əlavə edir.

“Recaro” idman oturacaqları ilə birgə sportkupe həm də “StopTech” əyləcləri ilə təchiz edilib. “ESS VT1-550” kompressorunun və “Innotech Performance iPE” qaz buraxma sisteminin quraşdırılması ilə 420-güclü 4.0-litrlik V8 mühərrikinin gücü artırılıb.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, M3, Liberty Walk 25.10.2013

Şərhlər


AD